"Mançester Siti" ilə norveçli hücumçu Erlinq Haaland arasında 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmaq üçün danışıqlar dalana dirənib, çünki tərəflər oyunçunun yeni müqaviləsində göstərilməli olan təzminat məbləği barədə razılığa gələ bilmirlər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı futbolçu yeni müqaviləsinin sərbəst qalma maddəsinin 100 milyon funt sterlinq (118 milyon avro) olmasını istəyir, "Mançester Siti" isə məbləği çox aşağı hesab edir.
Tərəflər arasında danışıqların yaxın həftələrdə də davam etdiriləcəyi vurğulanır. Haaland və "şəhərlilər" tezliklə kompromis əldə etməyə ümid edirlər.
Qeyd edək ki, "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 200 milyon avrodur.