"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda RFŞ-lə heç-heçə etdikləri oyunu dəyərləndirib. Matc.a xəbər verir ki, 2:0 öndə olduqları matçdan 1 xalla ayrıldıqları üçün azarkeşlərdən üzr istəyib.

"Bu nəticəyə görə çox məyusuq. Azarkeşlərdən üzr istəyirəm. Bizə yaraşmayan nəticədi. 2:0 hesabı ilə önə keçdiyimiz üçün artıq qələbəni təmin etdiyimizi düşündük və eyforiyaya qapıldıq. Rəqibə ciddi yanaşmalıydıq. Konsentrasiyanı itirdiyimiz üçün rəqib bizi cəzalandırdı", - deyə o bildirib.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində 2 oyundan sonra 4 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest