"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klublararası dünya çempionatıda iştirak edən komandaların ən güclü oyunçularından istifadə etməsində israr edən, FİFA tərəfindən turnirin yenilənmiş formatının qaydaları haqqında fikirlərini açıqlayıb.

Matc.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Ən güclü futbolçular kimlərdir? FİFA mənə futbolçuların yerinə deyəcək ki, hansı daha güclüdür? Mən bunu başa düşmürəm. Biz bütün komanda olaraq ora gedəcəyik. Güclü o deməkdir ki, hazırda yaxşı vəziyyətdədir. Ola bilsin ki, onların nəzərdə tutduğu ən güclü oyunçular, hazırda həqiqətən istənilən səviyyədə deyillər. Bu da bir çox səbəblərə görə ola bilər: şəxsi, fiziki, zədələr.

Qarşılaşmalardan əvvəl hansı oyunçuların meydana çıxacağını söyləmək fikrində deyiləm, buna özüm qərar verəcəm".

Qeyd edək ki, 2025-ci il klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest