13 Sentyabr 2025, 11:30
FUTBOL
29 yaşlı fransalı hücumçu Antoni Marsial Yunanıstanın AEK klubundan "Monterrey"ə keçib.
Matc.az xəbər verir ki, bu barədə Meksika klubunun mətbuat xidməti məlumat yayıb.
Transfer məbləği 3,83 milyon avro təşkil edib.
"Lion"un yetirməsi olan futbolçu karyerasının əvvəlində "Monako", "Sevilya" və "Mançester Yunayted"də çıxış edib. Peşəkar klub səviyyəsində o, 442 rəsmi oyun keçirib, 123 qol vurub və 65 məhsuldar ötürmə edib.
O, Fransa millisində də 30 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.