"Başakşəhər" yeni baş məşqçisinin adını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı İstanbul klubunun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, türkiyəli mütəxəssis Nuri Şahinlə ilkin razılıq əldə edilib. 37 yaşlı baş məşqçi ilə sentyabrın 15-də rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Nuri Şahin daha əvvəl Türkiyədə, "Antalyaspor" klubunda müxtəlif vəzifələrdə işləyib. Onun son iş yeri Almaniyanın Dortmund "Borussiya"sı olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest