Futbol üzrə Almaniya II Bundesliqasında 8-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Pröyssen Mönster"i qəbul edib.

Qarşılaşma Miroslav Klozenin rəhbərlik etdiyi kollektivin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətində başlayıb. Emreli 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, xallarını 10-a yüksəldən "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest