“Mançester Yunayted” son 35 ildə İngiltərə Premyer Liqasının ən uğursuz startına imza atıb. Matc.az xəbər verir ki, komanda 2 qələbə, 2 heç-heçə, 3 məğlubiyyətlə diqqət çəkib.

Erik ten Haqın yetirmələri son olaraq VII turda səfərdə “Aston Villa” ilə qolsuz bərabərə qalıb. “Qırmızı şeytanlar” aktivindəki 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Bu, “mankunianlar”ın ilk 7 turda 7 xal topladığı 1989-90 mövsümündən bəri ən pis göstəricisidi.

Həmin mövsümün sonunda “Mançester Yunayted” 14-cü yerdə qərarlaşıb ki, bu da Aleks Ferqyusonun rəhbərliyi altında komandanın ən pis nəticəsi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest