07 Oktyabr 2024, 11:42
FUTBOL
“Barselona” İspaniya La Liqasının IX turunda “Alaves”i Robert Levandovskinin het-triki sayəsində (3:0) məğlub edib. Matc.az xəbər verir ki, oyunda 3 dəfə fərqlənən polşalı forvard 30 yaşdan sonra Top-5 liqalarda vurduğu qol sayını 184-ə çatdırıb.
O, 2022-ci ilə qədər “Bavariya”nın heyətində Bundesliqada çıxış edib. Bununla Leva 30 yaşdan sonra ən çox qol vuran üçüncü oyunçu olub. Forvard yalnız Kriştiano Ronaldo (207) və Zlatan İbrahimoviçdən (191) geri qalıb. Antonio Di Natalenin aktivində 162, Lionel Messinin hesabında isə 147 qol var.
Levandovski 30 yaşdan sonra Çempionlar Liqasında 51 qol vurub. Bu baxımdan isə yalnız Ronaldo (68 qol) onu qabaqlayır.