07 Oktyabr 2024, 12:43
FUTBOL
“Barselona” son 7 ildə ilk dəfə İspaniya La Liqasının ilk 9 turunda 24 xal toplayıb. Matc.az xəbər verir ki, Hansi Flikin yetirmələri son olaraq La Liqanın IX turunda “Alaves”i darmadağın edib - 3:0.
“Barselona” altı mövsümdə ilk 9 turdan sonra 24 və ya daha çox xal toplayıb. Əvvəlki 5 belə göstəriciyə imza atdığı mövsümlərin 3-də komanda çempion olub.
1963-64 – 24 xal (2-ci yer)
1997-98 – 25 xal (1-ci yer)
2012-13 – 25 xal (1-ci yer)
2013-14 – 25 xal (2-ci yer)
2017-18 – 25 xal (1-ci yer).