Şəhriyar Məmmədyarov Londonda keçirilən Qlobal Şahmat Liqasında ən uğurlu oyunçular sırasına düşüb. Matc.az xəbər verir ki, o, "Alyaska Knights"ın heyətində 8 oyunda 5,5 xal yığıb.

Məmmədyarov eyni göstəriciyə malik komanda yoldaşı, özbəkistanlı Nodirbek Abdusattorov ilə birgə "Alyaska Knights"ın ən məhsuldar üzvüdü.

Komandanın lideri, fransalı Əlireza Firuzja liqada ən məhsuldar (6,5 xal) oyunçudur.

Digər həmyerlimiz Teymur Rəcəbovun aktivində isə 3 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest