İspaniya Kral Futbol Federasiyası Superkubok uğrunda oyunların formatını dəyişməyə qərar verib.

Matc.az xəbər verir ki, bu barədə federasiyasının rəsmi saytı məlumat yayıb.

İndi həm yarımfinalda, həm də finalda heç-heçə olacağı təqdirdə əlavə vaxt oynanılmayacaq. Final fitindən sonra komandalar dərhal penaltilər seriyasına keçəcəklər.

Bu, həm kişi, həm də qadın turnirlərinin iştirakçılarının yükünü azaldacaq.

Xatırladaq ki, 2019/2020 mövsümündən İspaniya Superkubokunu dörd komanda oynayır: La Liqa çempionu və vitse-çempionu, həmçinin ölkə kubokunun hər iki finalçısı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest