Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Slovakiya oyununun hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşma norveçli hakimlərə həvalə edilib. Matçı Rohit Saqqi idarə edəcək. Ona Morten Yensen və Anders Olav Dale yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad icra edəcək.

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest