AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

İclasda Misli Premyer Liqasının IX turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.

“Səbail” - “Şamaxı” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı”ya 700 manat cərimə kəsilib. Matçın 63-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Brahim Konate ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klub 500 manat cərimələnib.

“Turan Tovuz” - “Zirə” oyunu bitdikdən sonra meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.

“Sumqayıt” - “Qarabağ” oyununda ev sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest