"Bavariya" "Brayton"un 22 yaşlı qapıçısı Bart Verbruqgen və "Köln"ün 21 yaşlı qolkiperi Yonas Urbiqi yaxından izləyir.

Matc.az xəbər verir ki, Münhen komandası hər iki qapıçını 38 yaşlı Manuel Noyerin uzunmüddətli davamçısı kimi görür.

Urbiq və Verbruqgenə olan marağa baxmayaraq, Almaniya klubu Noyerlə 2025-ci ilin yayında başa çatacaq müqaviləni uzatmağı düşünür.

Verbruqgenin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 22 milyon avrodur.

Urbiqin "Köln" ilə müqaviləsi isə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında qapıçının bazar dəyəri 4 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest