Voleybol üzrə Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib.

Matc.az xəbər verir ki, yarımfinalda "Milli Aviasiya Akademiyası"nı 3:1 hesabı ilə məğlub edən "Gəncə" həlledici görüşə vəsiqə qazanıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyuna qərb təmsilçisi üstün başlayıb. Gəncə şəhərinin eyniadlı klubu ardıcıl iki seti öz xeyrinə başa vurub - 29:27 və 25:21. Üçüncü setdə "Milli Aviasiya Akademiyası" güclü olub – 25:19. Dördüncü seti də aktivinə yazdıran (25:20) "Gəncə" finala yüksəlib.

Qeyd edək ki, bu komandanın həlledici qarşılaşmadakı rəqibi "Azərreyl" – "Abşeron" matçının qalibi olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest