"Real" "Qızıl top" mərasiminin təşkilatçıları, xüsusilə "France Football" jurnalı ilə Vinisius Juniorun nüfuzlu mükafatı ala bilməməsindən sonra əlaqələri kəsib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, Madrid klubu matçların təşkili ilə bağlı suallardan başqa UEFA ilə hər hansı əlaqəni istisna edib.

Xatırladaq ki, "Qızıl top" mükafatı İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə verilib. "Real" isə mükafatlandırma mərasimində iştirak etməkdən imtina edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest