“Santos”un icraçı direktoru Marsio Kalvez Neymarın karyerasına başladığı Braziliya klubuna mümkün qayıdışı ilə bağlı danışıb. Matc.az xəbər verir ki, o, yetirmələri ilə danışıq aparmadıqlarını söyləyib.
Ancaq klub rəsmisi Neymarın “Santos”a qayıdacağına inanır: “Hazırda Neymarla rəsmi danışıqlar aparılmır. Lakin hər bir azarkeş onun kluba qayıtmasını arzulayır. “Santos”un Neymarla əla münasibəti var. O, karyerasına burada başlayıb və qayıdışı “Əl-Hilal”dakı istəyindən asılıdı. Neymarın “Əl-Hilal”la müqaviləsinin sonunda bizə qoşulacağına 60% inanıram. O, “Santos”u sevdiyinə və 2026-cı ildə keçiriləcək dünya çempionatını düşündüyünə görə ayrılmağa razılaşa bilər”.
Qeyd edək ki, Neymar ötən ildən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edir.