İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçisi Mixail Mudrik ilə yollarını ayırmaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Football Insider" paylaşıb.

Bildirilir ki, baş məşqçi Entso Mareska ukraynalı futbolçudan razı qalmadığı üçün London klubu qış transfer pəncərəsində onunla yolları ayırmağa hazırlaşır. Lakin Mudrikin özü hələlik "Çelsi"dən ayrılmaq istəmir. Buna görə də klub rəhbərliyi onu getməyə razı salmağa çalışır.

Qeyd edək ki, Mudrik cari mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə 15 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest