02 Dekabr 2024, 14:15
FUTBOL
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola istefaya göndəriləcəyi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə Premyer Liqasının XIII turunda “Liverpul” 0:2 hesabı ilə məğlub olduqları səfər görüşündə azarkeşlərin səsləndirdikləri şüarlara münasibət bildirib.
53 yaşlı mütəxsəssis bunu normal qəbul etdiyini söyləyib: “Bütün stadionlarda mənim qovulmağını istəyirlər. Bu, hələ “Brayton”la oyundan başlayıb. Ancaq eyni şeyi “Enfild Roud”da “Liverpul” azarkeşlərindən gözləmirdim. Yenə də normaldı. Belə hallar futbolun bir parçasıdı”.
Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada ardıcıl 4, bütün turnirlərdə isə 7 oyundu qələbə qazana bilmir.