Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış olub. Matc.az xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilib.

Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest