03 Dekabr 2024, 18:36
FUTBOL
"Turan Tovuz" Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda öz meydanında "Sabah"ı qəbul edir.
Matc.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu oyunda ciddi itki ilə üzləşib. Tovuzluların müdafiəçisi Denis Marandiçi rəqib hücumçu Pavol Şafranko ilə mübarizədə ayağından ağır zədə alıb.
Moldovalı futbolçu Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.