Braziliya yığmasının futbolçusu Neymarın “Əl-Hilal”dakı gələcək taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi “sambaçı”nı satmaq fikrində deyil.

Ərəblər ən azı cari mövsümün sonunadək Neymarı buraxmaq istəmirlər. Təcrübəli futbolçunun hazırkı klubu ilə 2025-ci ilin yayınadək sözləşməsi var.

Qeyd edək ki, Neymarın adı bir müddət öncə “Santos” klubu ilə birgə hallanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest