"Bavariya" futbolçusu Camal Musialaya yeni müqavilə təklif etmək niyyətindədir. 

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Almaniya təmsilçisi qışda 21 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalaya bilər. Yeni razılığa əsasən, futbolçunun maaşı ilə 20 milyon avronu ötəcək. Beləliklə, 5 il ərzində Musiala 100 milyon avro qazanacaq, bu isə onun "Bavariya" ilə müqaviləsini klubun tarixində ən bahalı edəcək.

Qeyd edək ki, Camal Musiala bu mövsüm "Bavariya"nın heyətində 18 matça çıxaraq 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest