"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqada "Betis"lə oyunun (2:2) 66-cı dəqiqəsində kataloniyalıların qapısına təyin olunmuş penalti ilə bağlı hakimlə mübahisə etdiyi üçün meydandan qovulub.

Matc.az xəbər verir ki, görüşün hesabatında almaniyalı mütəxəssisin oyundan kənarlaşdırılmasına səbəb kimi Flikin qışqırması, jestləri və hakim Alexandro Munyisin qərarına etiraz etməsi göstərilib.

Bildirilib ki, bu epizod ən azı iki matçlıq diskvalifikasiya tələb edir.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi Flikin cəzasını gələn həftə açıqlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest