"Mançester Yunayted"in idman direktoru Den Eşvort İngiltərə klubunu tərk edəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" paylaşıb.

Bildirilir ki, İngiltərə klubunun Premyer Liqanın 15-ci turunun oyununda "Nottingem Forest"ə məğlubiyyətindən (2:3) sonra Eşvort rəhbərliklə dialoq aparıb və nəticədə ayrılacağına qərar verilib..

Xadırladaq ki, Eşvort beş ay əvvəl "Mançester Yunayted"in idman direktoru təyin edilib. O, bunda əvvəl "Nyukasl"da çalışıb.

"Mançester Yunayted" 15 matçda 19 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest