“Mançester Yunayted”in və Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Nani 38 yaşında karyerasını başa vurub. Matc.az xəbər verir ki, bunu ulduz futbolçu özü açıqlayıb.
O, futbolla vidalaşmağın vaxtının çatdığını bildirib: “Peşəkar futbolçu kimi karyeramı bitirmək qərarına gəldim. Bu, heyrətamiz bir səyahət oldu və 20 ildən çox davam edən karyeramın eniş-yoxuşlarında mənə kömək edən, dəstək verən və çoxlu unudulmaz xatirələr bəxş edən hər kəsə təşəkkür edirəm. Təzə başlamaq və yeni məqsədlərə, xəyallara diqqət yetirmək vaxtıdı. Tezliklə görüşərik”.
Qeyd edək ki, Nani karyerasına “Sportinq”də başlayıb, oradan karyerasının ən yaxşı illərini yaşadığı “Mançester Yunayted”ə keçib. O, həmçinin “Fənərbaxça”, “Valensiya”, “Latsio”, “Orlando Siti”, “Venesiya”, “Melburn Viktori”, “Adana Dəmirspor” və “Estrela”da çıxış edib. Nani 2016-cı ildə Avropa çempionu olduğu Portuqaliya millisində 112 oyun keçirib.