Nüfuzlu "Transfermarkt" internet portalı Fransa Liqa 1-in ən bahalı futbolçularının yeni siyahısını təqdim edib.

Matc.az xəbər verir ki, reytinqdə birinci yeri 65 milyon avro dəyərində qiymətləndirilən PSJ-nin vingeri Bredli Barkola tutub.

İkinci yerdə PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri qərarlaşıb - 60 milyon avro.

İlk üçlüyü 60 milyon avro ilə PSJ-nin digər yarımmüdafiəçisi Joao Neves tamamlayır.

"Transfermarkt"a görə Fransa Liqa 1-in ən bahalı 10 futbolçusu:

1. Bredli Barkola (PSJ) – 65 milyon avro;
2. Uorren Zair-Emeri (PSJ) – 60 milyon avro;
3. Joao Neves (PSJ) – 60 milyon avro;
4. Aşraf Hakimi (PSJ) – 60 milyon avro;
5. Nuno Mendes (PSJ) – 55 milyon avro;
6. Vitinya (PSJ) – 55 milyon avro;
7. Osman Dembele (PSJ) – 55 milyon avro;
8. Qonçalo Ramos (PSJ) – 50 milyon avro;
9. Conatan David ("Lill") – 45 milyon avro;
10. Maqnes Akliuş ("Monako") – 50 milyon avro.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest