10 Dekabr 2024, 23:00
DİGƏR
Kanadalı üzgüçü Sammer Makintoş dünya çempionatında 400 metr məsafəyə sərbəst üsulla üzməkdə yeni rekord müəyyənləşdirib.
Matc.az xəbər verir ki, o, Macarıstanın paytaxtı Budapeştdə baş tutan mundialda məsafəni 3 dəqiqə 50,25 saniyəyə başa vurub.
Əvvəlki dünya rekordu (2022) Li Bingjieyə məxsus idi. Çinli üzgüçü həmin məsafəni 3 dəqiqə 51,30 saniyəyə qət etmişdi.
Qeyd edək ki, 18 yaşlı Makintoş üçqat Olimpiya çempionudur və Paris-2024-də gümüş medal qazanıb.