11 Dekabr 2024, 00:35
FUTBOL
İngiltərənin "Brayton" klubu "İnter Mayami"dən Dieqo Qomesin transferini həll edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paraqvaylı yarımmüdafiəçi 2025-ci ilin yanvar ayında yeni komandasına qoşulacaq. "Brayton" Dieqo Qomes üçün ABŞ klubuna 15 milyon dollar təzminat ödəyəcək.
Qeyd edək ki, "İnter Mayami" Dieqo Qomesi ötən ilin yayında Paraqvayın "Libertad" klubundan transfer etmişdi. Paraqvay millisinin üzvü olan 21 yaşlı orta xətt oyunçusu MLS təmsilçisinin heyətində keçirdiyi 40 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.