“Turan Tovuz” qış fasiləsində ilk transferlərini reallaşdırıb. Matc.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski Premyer Liqa klubuna keçib.

Mahaçqala “Dinamo”suna məxsus olan 22 yaşlı futbolçu mövsümün sonunadək icarəyə götürülüb. O, daha əvvəl Qazaxıstanda “Kayrat”da legioner həyatı yaşayıb. Anton Kraçkovski həm “Kayrat”, həm də “Dinamo”da hazırda “Turan Tovuz”un baş məşqçisi olan Kurban Berdıyevin rəhbərliyi altında oynayıb.

Tovuzlular eyni zamanda Rəhim Sadıxovun da keçidini açıqlayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək mümqavilə bağlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest