11 Yanvar 2025, 14:00
FUTBOL
"Şamaxı" futbolçusu Zahid Mərdanovla yollarını ayırıb. Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Şamaxı" futbolçusu Zahid Mərdanovla yollarını ayırıb.
Matc.az xəbər verir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Zahid Mərdanov 2023-cü ilin yanvarından bölgə təmsilçisində çıxış edirdi.
"Şamaxı" Zahid Mərdanova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.