"Mançester Yunayted" Portuqaliya millisi və "Sportinq"in müdafiəçisi Qonsalo İnasionu icarəyə götürməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Maisfutebol" məlumat yayıb.

Bildiriir ki, "qırmızı şeytanlar" icarə müqaviləsinə portuqaliyalı futbolçunun 40 milyon avroya almaq hüququnun daxil olmasını istəyir.

Qeyd edık ki, İnasio bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

23 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest