“Mançester Siti” “Real”ın yarımmüdafiəçisi Orelien Tçuameni ilə maraqlanır. Matc.az xəbər verir ki, “şəhərlilər” 24 yaşlı orta sahə oyunçusu uğrunda Premyer Liqadakı rəqibi “Liverpul”la mübarizə aparacaq.

Ancaq Madrid təmsilçisi Fransa millisinin üzvünü qış transfer dönəmində satmaq fikrində deyil. “Mançester Siti” isə Rodrinin zədəsini nəzərə alaraq, qısa müddətdə bu keçidi reallaşdırmağa çalışacaq.

Qeyd edək ki, Tçuameni bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest