20 Yanvar 2025, 16:39
FUTBOL
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, Niderland millisinin üzvü “Əl-İttihad”ın maraq dairəsindədi.
Ərəblər onun transferi üçün 50 milyon avro ödəməyə hazırdır. Kataloniyalılar hazırda bu transferin reallaşma ehtimalını nəzərdən keçirir. Ancaq 27 yaşlı orta sahə oyunçusu özü mövsümün sonuna qədər komandada qalmaq istəyir. “Əl-İttihad” ən geci yayda bu keçidi həll etmək niyyətindədi.
Qeyd edək ki, Frenki de Yonq bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 1 qol, 1 assistlə yadda qalıb.