“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu bu transferi açıqlayıb. Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra bakılıların uğurları üçün çalışacaq. Onunla rəsmi müqavilə imzalanıb.

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu bu transferi açıqlayıb.

Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra bakılıların uğurları üçün çalışacaq. Onunla rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas yığmada 28 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest