“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne klubdan yeni müqavilə təklifi gözləyir. Matc.az xəbər verir ki, bunu belçikalı futbolçu özü açıqlayıb.

O, yeni sazişlə bağlı danışıq aparılmadığını bildirib: “Klubla bu barədə hələ danışmamışam. Formaya düşmək istəyirdim, bunu bacardım. Çox xoşbəxtəm. Görək gələcəkdə necə olacaq”.

Qeyd edək ki, 33 yaşlı pleymeykerin “Mançester Siti” ilə müqaviləsi mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest