25 Yanvar 2025, 18:01
FUTBOL
"Mançester Yunayted" və "Çelsi" "qırmızı şeytanlar"ın vingeri Alexandro Qarnaço ilə "mavilər"in hücumçusu Kristofer Nkunku ilə mübadilə razılaşmasını araşdırır.
Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Florian Plettenberq məlumat verib.
Bildirilir ki, hazırda bu sövdələşmə ilə bağlı yekun qərar yoxdur.
Daha əvvəl mətbuatda "Mançester Yunayted"in argentinalı futbolçuya 70 milyon avro dəyər verdiyi, Qarnaçonun özünün isə "Çelsi"yə keçməkdə maraqlı olduğu barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Qarnaço bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Nkunku isə bütün yarışlarda 28 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.