Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Azərbaycan idmançılarının keyfiyyətini itirən medalları ilə bağlı Milli Olimpiya Komitəsinin (MOK) məktubuna cavab gəlib. Matc.az xəbər verir ki, bu barədə MOK-un mətbuat xidmətindən məlumat verilib.
BOK-dan Milli Olimpiya Komitəsinə məlumat verilib ki, medal qazanan idmançılar haqqında məlumatlar və keyfiyyətini itirmiş medalların müxtəlif formalarda şəkilləri Beynəlxalq Olimpiya Komitəsinə göndərilsin. BOK müvafiq araşdırmalardan sonra medalların yenilənməsi qaydası ilə bağlı MOK-a əlavə məlumat verəcək.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən və medal qazanan Azərbaycan idmançılardan 5 nəfərin medalları keyfiyyətini itirib. Bu idmançıların müraciəti əsasında Milli Olimpiya Komitəsində lazımi araşdırmalar aparılıb və nəticəsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktubla müraciət olunub.