"Yuventus" heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, Turin klubu "Nyukasl"dan Lloyd Kellini icarəyə götürüb.

Bu barədə “Yuventus”un mətbuat xidməti məlumat yayıb. Razılaşmaya əsasən, 26 yaşlı müdafiəçi cari mövsümün sonunadək İtaliya təmsilçisində çıxış edəcək.

"Yuventus" futbolçunu məcburi satınalma şərti ilə icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest