04 Fevral 2025, 13:03
FUTBOL
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
Ağayeva UEFA Gənclər Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, fevralın 12-də Trabzonda yerləşən “Şenol Günəş İdman Kompleksi”ndə təşkil olunacaq matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.