04 Fevral 2025, 14:22
FUTBOL
“Real”ın sabiq qapıçısı İker Kasilyas “kral klubu”nun qolkiperi Andrey Lunin haqda müsbət fikirlər səsləndirib. Matc.az xəbər verir ki, o, Luninin komandanın heyətində böyük rol oynadığını bildirib.
“Real”da ehtiyat qapıçı olmağın asan olmadığını bildirən Kasilyas bunları əlavə edib: “Kurtua və Arrisabalaqa zədələnən dönəmdə Lunin əla mövsüm keçirmişdi. Çempionlar Liqasında qazanılanların əksəriyyəti onun sayəsində olub. Həlledici anlarda böyük rol oynamağı bacardı. Bunun da mükafatı olaraq, buyaxınlarda sözləşməsi yeniləndi”.
Qeyd edək ki, Lunin bu mövsüm əksər matçları ehtiyat oyunçular skamyasında keçirib.