05 Fevral 2025, 17:50
TOP OYUNLARI
Kişi voleybolçular arasında Yüksək Liqada IX turun oyunu keçirilib. Matc.az xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində “Azərreyl” və MOİK komandaları üz-üzə gəliblər.
Oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, IX turun növbəti oyunları sabah keçiriləcək. Sumqayıt OİK-də “Gənclər” klubu “Neftçi”lə, FHN-nin idman zalında baş tutacaq turun son qarşılaşmasında isə “Xilasedici” komandası “Murov Az Terminal”la üz-üzə gələcək.
Yüksək Liqa
IX tur
5 fevral
“Azərreyl” - MOİK 3:0 (25:16, 25:17, 25:14)
6 fevral
16:00. “Gənclər” - “Neftçi”
Sumqayıt OİK
17:00. “Xilasedici” - “Murov Az Terminal”
FHN-nin idman zalı