Bu gün Çempionlar Liqasında pley-off mərhələsi start götürüb.
Matc.az xəbər verir ki, ilk oyun günündə azarkeşlər 4 görüş izləmək imkanı əldə ediblər.
Gecənin ən maraqla gözlənilən qarşılaşması İngiltərədə “Mançester Siti” ilə “Real” arasında keçirilib. Erkən finalda Madrid klubu iki dəfə hesabda geryə düşsə də, oyunun sonlarında vurduğu qollarla qələbəyə sevinib - 2:3.
PSJ və "Borussiya" səfərdə, "Yuventus" isə doğma meydanda qələbə qazanıb.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
11 fevral
"Brest" (Fransa) – PSJ (Fransa) - 0:3
Qollar: Vitinya, 21 (pen), Dembele, 45, 66
"Mançester Siti" (İngiltərə) – "Real" (İspaniya) - 2:3
Qollar: Haaland, 19, 80 (pen) // Mbappe, 60, Diaz, 86, Bellinqem, 90+2
"Yuventus" (İtaliya) – PSV (Niderland) - 2:1
Qollar: Kenni, 34, Mbanqula, 82 // Perişiç, 56
"Sportinq" (Portuqaliya) – "Borussiya" (Dortmund, Almaniya) - 0:3
Qollar: Quirassi, 60, Qrob, 68, Adeyemi, 82