12 Fevral 2025, 14:51
FUTBOL
"Kəpəz" 700 manat məbləğində cərimə edilib.
“Kəpəz” klubu AFFA tərəfindən cəzalandırılıb. Matc.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna Gəncə klubunun Misli Premyer Liqasının 22-ci turunda “Araz-Naxçıvan”la görüşdə 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub.
Nəticədə klub 700 manat məbləğində cərimə edilib.