Bu gün kişi voleybolçular arasında Yüksək Liqada X tura start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk qarşılaşmasında MOİK "Gənclər" üzərində qələbə qazanıb.

"Neftçi" isə "Xilasedici" ilə qarşılaşıb. Gərgin keçən görüşün qalibi 5 setdə müəyyənləşib. Qələbəyə sevinən tərəf "Xilasedici" komandası olub.

Yüksək Liqa
X tur
12 fevral

MOİK – "Gənclər" - 3:1 (25:21, 25:23, 21:25, 25:15)
GİN-in Voleybol Mərkəzi

"Neftçi" – "Xilasedici" - 2:3 (25:22, 31:33, 29:27, 18:25, 12:15)
GİN-in Voleybol Mərkəzi

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest