14 Fevral 2025, 17:00
FUTBOL
"Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze növbəti dəfə komandanın azərbaycanlı futbolçusu Mahir Emreli haqda danışıb. Matc.az xəbər verir ki, o, yığmamızın üzvünün II Bundesliqa təmsilçisindən ayrılmaq ehtimalının olduğunu təsdiqləyib.
Kloze Emrelinin başqa klublardan təkliflər aldığını qeyd edib: “Billirik ki, Mahir bir neçə klubun maraq dairəsindədi. Hazırda bu məsələni necə yoluna qoyacağımız haqda fikirləşirik. Emreli ilə bu haqda çox danışmışıq. Transfer dövründə hər futbolçuya təklif gələ bilər. Mahir təklif aldığını bizə deyib. Ancaq hələ ona görə kluba rəsmi təklif gəlməyib”.
Qeyd edək ki, Mahir Emrelinin adı son günlərdə Cənubi Koreyanın "Seul" klubu ilə birgə hallanır.