17 Fevral 2025, 11:56
FUTBOL
“Real”ın müdafiəçisi Antonio Rüdigerlə bağlı şad xəbər yayılıb. Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu tezliklə yaşıl meydanlara qayıdacaq.
Əzələ problemlərinə görə son 4 görüşdə komandasına kömək edə bilməyən Rüdiger artıq tam sağalıb. Almaniyalı futbolçunun “Mançester Siti” ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında iştirak edəcəyi gözlənir.
Qeyd edək ki, “Real” “şəhərlilər”lə İngiltərədə keçirilən ilk qarşılaşmada 3:2 hesablı qələbə qazanıb.