17 İyul 2026, 19:30
FUTBOL
Macarıstan millisinin yarımmüdafiəçisi və kapittanı Dominik Soboslai "Liverpul" ilə müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşmənin müddəti və maliyyə şərtləri rəsmən açıqlanmır. Lakin tərəflərin 5 illik yeni müqaviləyə imza atıdığı bildirilir.
Dəyəri 100 milyon avro qiymətləndirilən 25 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər idi.
Soboslai 2023-cü ilin yayından çıxış etdiyi "Liverpul"da bütün turnirlər daxil olmaqla 147 matçda meydana çıxıb, 28 qol vurub və 26 məhsuldar ötürmə edib.













