Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Səfərdə "Feyenoord"a uduzan "Milan" evdə heç-heçəyə razılaşaraq turnirlə vidalaşıb. Həm səfərdə, həm də evdə "Atalanta"nı məğlub edən "Brügge" mərhələ adlayan tərəf olub.

"Benfika" – "Monako" duelində qalib tərəf portuqaliyalılar olub. "Bavariya" isə son dəqiqələrdə vurduğu qolla "Seltik"i mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
18 fevral

"Milan" (İtaliya) – "Feyenoord" (Niderland) - 1:1
Qollar: 
Gimenez, 1 // Karranza, 73
Qırmızı vərəqə: Hernandez, 51 
(İlk oyun - 0:1)

"Benfika" (Portuqaliya) – "Monako" (Fransa) - 3:3
Qollar: Aktürkoğlu, 22, Pavlidis, 76, Kökçü, 84 // Minamino, 32, Ben Seghir, 51, İlenikhena, 81
(İlk oyun - 1:0)

"Atalanta" (İtaliya) – "Brügge" (Belçika) - 1:3
Qollar: 
Lukman, 46 // Talbi, 3, 27, Jutqla, 45+3
(İlk oyun - 1:2)

"Bavariya" (Almaniya) ­– "Seltik" (Şotlandiya) - 1:1
Qollar: 
Devis, 90+4 // Kuhn, 63
(İlk oyun - 2:1)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest