Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XI turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, turun iki qarşılaşması Bakıda, biri Sumqayıtda baş tutub.

Çempionatın autsayderi "Gənclər" "Xilasedici"ni qəbul edib. Bu görüşdə qonaqlar inamlı qələbə qazanıblar.

"Murov Az Terminal" MOİK-i, "Azərreyl" isə "Neftçi"ni quru hesabla məğlub edib.

Yüksək Liqa
XI tur
18 fevral

"Gənclər" "Xilasedici" - 0:3 (10:25, 21:25, 20:25)
Sumqayıt OİK

"Murov Az Terminal" – MOİK - 3:0 (25:15, 25:16, 25:7)
GİN-in Voleybol Mərkəzi

"Neftçi" "Azərreyl" - 0:3 (22:25, 20:25, 19:25)
GİN-in Voleybol Mərkəzi

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest